“Yuxarı Lars” yolu Ermənistan üçün hələ açılmayıb

post-img

Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi hələ irihəcmli yük maşınlarının keçidi üçün açılmayıb. Buna səbəb kimi hava şəraitinin kəskin dəyişməsi göstərilir.

Bu barədə Rusiya KİV-i Rusiya Federasiyasının Şimalı Osetiya Respublikasındakı Fövqəladə Hallar Baş İdarəsinə istinadən bildiriblər.

Qeyd edək ki, “Yuxarı Lars” keçid məntəqəsi bundan əvvəl də bir neçə dəfə bağlanıb. Ermənistanda bunu Rusiyanın İrəvana qarşı təzyiqi kimi qiymətləndirilir. 

Vurğulayaq ki, bu keçid məntəqəsi Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

 

Rizvan FİKRƏTOĞLU,

XQ

Siyasət