Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

post-img

Ermənistanda hələ də qatı millətçi hakim sinif, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər. Çünki onlar erməni diasporunun qatı millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir.

Bu fikirlər İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin “Formiche” qəzetinə müsahibəsində yer alıb.

Nazir müavini vurğulayıb ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar. Onlar, sadəcə, müsəlman olduqları üçün başqalarının günahlarına görə məsuliyyət daşıya bilməzlər.

“Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir. Bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli əlavə edib.

Siyasət