Səfir: Azərbaycan Ermənistana qarşı yeni müharibəyə başlamağı planlaşdırmır

post-img

Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlamağı planlaşdırdığı barədə bəyanatlar ölkəmiz haqqında “təcavüzkar dövlət” görüntüsü yaratmaq məqsədi daşıyır. 

Bunu KİV-ə müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib. Səfir qeyd edib ki, biz ikili standartların hökm sürdüyü ədalətsiz dünyada yaşayırıq.

Səfir bildirib ki, erməni mətbuatında, demək olar ki, hər gün müxtəlif xarici “ekspertlərin” Azərbaycanın Zəngəzur dəhlizinə görə guya tezliklə Ermənistanla müharibəyə başlayacağına dair qəribə “proqnozlar” verən məlumatlar dərc olunur.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət