Ukrayna-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunub

post-img

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və fəxri konsulu Mehrəli Qasımov Ukrayna Fəxri Konsulluğunun konsulluq dairəsində (Göyçay və İsmayıllı) rəsmi regional səfərdə olublar. Məqsəd Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşdirilməsidir. Məlumat səfirlikdən verilib. 

Görüş əsnasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə səmərəli danışıqlar aparılıb, Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr müzakirə olunub.

Qeyd edilib ki, adı çəkilən regionlar sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək.

Görüşdə konkret iddialı layihələr və onların həyata keçirilməsi strategiyaları müəyyən edilib və əldə olunmuş razılaşmaların nəticələri barədə tezliklə ictimaiyyətə məlumat veriləcəyi bildirilib. 

Anar ƏLİ,

XQ



Siyasət