“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 128-ci kitabı çapdan çıxıb

post-img

“İlham Əliyev. İnkişaf - məqsə­dimizdir” çoxcildliyinin 128-ci kitabı çapdan çıxıb. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin may ayını əhatə edir. May ayının mühüm hadisələrindən biri Prezident İlham Əliyevin ADA Univer­sitetinin təşkilatçılığı ilə Şuşada Ulu öndər Heydər Əliyevin100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilmiş IV bey­nəlxalq konfransda iştirakı olub. Həmin beynəlxalq konfransın materiallarının da­vamı yeni kitaba daxil edilib. Dövlətimizin başçısı konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın roluna dair suala Azərbaycan Preziden­tinin verdiyi cavab onun digər fikirləri kimi aktuallığı, uzaqgörən hədəfləri və bəşəri məzmunu ilə diqqət çəkir.

Sitat: Türk Dövlətləri Təşkilatına gəl­dikdə, Azərbaycan təşkilatın bütün fəaliy­yəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı də­yişib, bəziləri daha fəal, digərləri az fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbay­can hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında Bəyannamə 10 il bundan əv­vəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir və biz görü­rük ki, təşkilata üzv olan ölkələr səyləri­ni səfərbər etməlidir. Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrin böyük təbii sərvətləri, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu səyləri birləşdir­sək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və ol­malıdır. 

Prezident İlham Əliyev may ayın­da, həmçinin Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Kəlbəcər və Şuşaya səfərlər edib, yaşayış məhəllələ­rinin, kəndlərin, məktəblərin, xəstəxana­ların və digər obyektlərin təməlqoyma mərasimlərində, eyni zamanda, bir sıra obyektlərin açılışında iştirak edib, eləcə də bərpa-quruculuq işlərinin gedişi ilə tanış olub. Bütün bunlar haqqında infor­masiyalarla 128-ci kitabda tanış olmaq mümkündür.

Bu kitaba Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin anadan ol­masının 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciəti­nin mətni daxil edilib. Müraciətdə Azər­baycan xalqının müdrik xalq olduğu, ən çətin anlarda düzgün qərar qəbul etdiyi vurğulanır. 

Sitat: Sabitlik inkişaf üçün, təhlükə­sizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, mü­haribələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-aman­lıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçərək, öz taleyini ona etibar etdi və ya­nılmadı. Azərbaycan xalqı müdrik xalq­dır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul edir”. 

Çoxcildliyin 128-ci kitabında Prezi­dent İlham Əliyevin Belçika Krallığına, Rusiya Federasiyasına işgüzar, Litva Respublikasına isə rəsmi səfərlərinə, eləcə də Azərbaycana gəlmiş İsrail Döv­lətinin Prezidenti İshaq Hersoq ilə gö­rüşünə, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Sə­hiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanmasına, liderlərin birgə mətbuata bəyanatlarla çıxışlarına aid materiallar yer alıb. 

Yeni nəşrə Azərbaycan Prezidentinin bir sıra dövlətlərin ölkəmizə səfər etmiş parlament sədrləri ilə görüşlərinə dair in­formasiyalar daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əli­yevin “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresin, “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzu­sunda beynəlxalq konfransın, Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər. 

Yeni nəşrdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana zəng edərək prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etməsi haqqında in­formasiya, bu münasibətlə Türkiyə lide­rinə məktubunun mətni də verilib.

Prezident İlham Əliyev may ayında Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “Interfood Azerbaijan” sərgiləri ilə tanış olub, Taekvondo üzrə XXVI Dünya Çempionatının açılış mə­rasimini izləyib. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda yer alıb. 

“Azərnəşr” tərəfindən buraxılan 128-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

Son xəbərlər