Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“kaliber.az”ın verdiyi məlumata görə, Ermənistan, həmçinin Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.
Ermənistan XİN-in açıqlamasında Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub.
Rizvan FİKRƏTOĞLU
XQ