Ruben Vardanyanla Samanta Paueri birləşdirən çirkli dəyərlər

post-img

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. 

Bu barədə Azərbaycan Preziden­tinin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb. Onun fikrincə, sözügedən siyasət indi də eyni formada və təzahürdə davam edir: “Akademik və ya peşəkar qərəz­sizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbli­ğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısın­da tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatı­nın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azər­baycanlı qaçqın və məcburi köçkün­lərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələri­nin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”.

Eyni zamanda, Hikmət Hacıyev Pa­uerin Ruben Vardanyanla sıx əlaqələri­nin olduğunu və onları “azərbaycano­fobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb: “Avrora” mü­kafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separa­tizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gə­lib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirk­li pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. 

Azərbaycanofobiya, türkfobiya, siya­si korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekul­yasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycan­da USAID-in əməliyyatlarına yer yox­dur!”.

Siyasət