Doğma və can qardaşımız Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgünün sosial media hesabında Azərbaycanın Zəfər Günü ilə bağlı etdiyi paylaşımında yer alıb.
Təbrik mesajında deyilir: “Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri bir daha təbrik edir, Qələbə yolunda canından keçən bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Daha neçə zəfərlərin olsun Azərbaycan!”.