Rumıniya Baş naziri XİN rəhbərini qəbul edib

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tərəflər ikitərəfli və regional gündəmdə duran məsələlərin geniş spektrini müzakirə ediblər və Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.







Siyasət