"Heydər Əliyev - 100" çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində "Söz bayramı- Zəfər bayramı" adlı tədbir keçirildi

post-img

Azərbaycanın dövlət himni ilə başlayan tədbir Ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda həyatını qurban vermiş Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə davam etdi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  M.Füzilinin "Söz" qəzəli və R.Rzanın "Ərk qalası" şeiri ilə  tədbir iştirakçılarını salamladı, Ulu öndərin ədəbiyyatımızın inkişafında rolu və xidmətlərindən söz açdı.  44 günlük Vətən müharibəsi və əldə etdiyimiz böyük qələbə - Zəfər günündən bəhs edərək,bildirdi ki,bu qələbə Ali Baş Komandanın qətiyyəti,ordumuzun gücü və xalqımızın birliyi nəticəsində əldə edilmişdir.

1 saylı məktəbin şagirdi Bəyazid Bəylərov "Şəhidimin  səsiyəm" şeirini dedikdən sonra Milli qəhrəman Polad Həşimov adına 28 saylı məktəbin şagirdləri rəqs nömrəsi ilə çıxış etdilər və işğaldan azad olunmuş ərazilərin hər birinə  həsr olunmuş bir bəndlik şeir səsləndirdilər.

Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Rəfiqə Şəms, Eyruz Məmmədov, Sübhan Quliyev, Hafiz Ataxanlı, Hümbət Həsənoğlu, Lilpar Cəmşidqızı, Mirzəcan Ağabalayev, Əli Niyazbəyli, Elşad Xaqan Davudoğlu, Xatirə Fərəcli, Gülnar Ümid, Hikmət Fərzəli, Nəriman Nərimanlı, Əliyar Mərdiyev, Elçin Səlimli, Ədalət Əroğlu, Mənsurə Xələfbəyli, Vüsal Ağa və Elvin İntiqamoğlunun  oxuduğu şeirlər məclisə əsl bayram ovqatı bəxş etdi.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin araya - ərsəyə gəlməsində onlara dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinə,  Abşeron- Xızı Regional Mədəniyyət idarəsinə və  iştirakçıların hər birinə dərin təşəkkürünü bildirdi.

 









Sosial həyat