Moskva İrəvanın Roma statutu ilə bağlı saziş təklifini rədd edib

post-img

Xəbər verdiyimiz kimi, Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu tələbindən yan keçməyə imkan verəcək dövlətlərarası saziş imzalamağı təklif edib.

Rusiya mediası yazır ki, Rusiya Dövlət Duması və Federasiya Şurasında Ermənistanın bu təklifi rədd edilib.

İclas zamanı Ermənistanın hərəkətləri dost olmayan addım kimi qiymətləndirilib.

Müzakirələr zamanı o da bəyan edilib ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət