Qubadlıda silah-sursat aşkarlanıb

post-img

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Keçirilmiş növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər