Rumıniyanın Oradea Universitetinin Coğrafiya fakültəsinin akademik və inzibati heyət təmsilçiləri – Tatar Corina Florina və Tatar Marius İoan “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar. Məlumatı ATMU-nun mətbuat xidməti verib.
Səfər müddətində universitetlərarası əlaqələrin gücləndirilməsi, mübadilə proqramlarının say göstəricilərinin artırılması, mümkün imkanların optimallaşdırılması kimi məsələlər ətraflı müzakirə olunub. Ölkə miqyası üzrə 2 mindən çox tələbəsi olan universitet təmsilçilərinin ATMU-ya işgüzar səfər proqramındakı beynəlxalq əlaqələrin icra mexanizmi və əcnəbi tələbələrin fəaliyyətini əks etdirən təqdimat-çıxışları maraqla qarşılanıb.
Rumıniyalılarla keçirilən görüşdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Axundova iştirak ediblər.
Səfər proqramının sonunda tərəfdaş universitetin əməkdaşları sertifikatla təltif olunublar.
Z.HÜSEYNOVA
XQ