Avtomobildə gizlədilmiş “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb

post-img

Noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə saxla işarəsi verilib. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb. Görülmüş tədbirlərlə avtomobil saxlanılıb. Sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı olmayan və qanunsuz saxlanılan “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər