Britaniya parlamentində Azərbaycanla bağlı müzakirə

post-img

Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

Britaniya–Azərbaycan parlamentlə­rarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa re­gionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Er­mənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdıl­mış şəhərlərin və yaşayış məntəqələ­rinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən region­dakı humanitar vəziyyətin qiymətlən­dirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon funt sterlinq vəsa­itin ayrıldığını qeyd edib, yenidənqur­ma və reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin aparıldığını bildirib.

***

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb. Britaniya Parlamentində Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə toxunulub və Leo Dokertiyə Qarabağda 50-1000 nəfər aralığında insanın qaldığına dair sual ünvanlanıb.

XQ

Siyasət