Hindistanla əlaqələrin perspektivləri

post-img

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Hindistan Respublikasının ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb.

Nazirlər Kabinetinin mət­buat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respub­likası Hökuməti və Hindistan Respublikası Hökuməti ara­sında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hö­kumətlərarası Komissiyanın Bakıda keçirilən iclasının önə­mi vurğulanıb. İclasda qəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin inkişafına tə­kan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliy­yəti barədə danışan Ə.Əsədov ötən dövrdə ölkəmizin gördüyü işlərə, irəli sürdüyü təşəbbüs­lərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması is­tiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstə­ricisi kimi onun Hərəkata səd­rliyinin daha bir il uzadıldığını bildirib.

İkinci Qarabağ müharibə­sindən sonra regionda cərə­yan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlı qüv­vələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdı­ğını, üzərinə götürdüyü öhdə­liklərdən yayınaraq danışıqlar prosesini davamlı olaraq poz­duğunu, müxtəlif hərbi təxri­batlara əl atdığını deyib.

Vurğulanıb ki, sentyabr ayında baş vermiş növbəti təx­ribatdan sonra Azərbaycan qı­samüddətli lokal xarakterli an­titerror tədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin edib. Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə alma­dığı qeyd olunub. 

Bildirilib ki, hazırda Ermə­nistan-Azərbaycan münasibət­lərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb. Belə bir həssas məqamda Ermənistan tərəfi­nin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vu­rur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təh­didlər yaradır.

Görüşdə, həmçinin Azər­baycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər