Baş nazirin DİM Dialoqu iştirakçıları ilə görüşü

post-img

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən 3-cü DİM Dialoqunda iştirak edən ali audit qurumlarının rəhbər şəxsləri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildirilib ki, Ə.Əsədov 3-cü DİM Dia­loqunun əhəmiyyətini vurğulayaraq onu Azərbaycanın DİM-lərə nail olunması is­tiqamətində əldə etdiyi irəliləyişlərlə tanış olmaq, həmçinin bu prosesin qiymətlən­dirilməsində ali audit qurumlarının rolunu nəzərdən keçirmək üçün yaxşı fürsət kimi dəyərləndirdi.

Azərbaycan Hökumətinın BMT ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Baş nazir DİM üzrə öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasəti­nin mühüm tərkib hissələrindən biri oldu­ğunu bildirdi.

Diqqətə çatdırdı ki, DİM-lərin icrası ilə bağlı səmərəli milli icra mexanizminin for­malaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq, 2016-cı ildə Azərbaycan Pre­zidenti tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Ötən dövrdə ölkəmizdə DİM-lərə nail olunması istiqamətində mühüm işlərin gö­rüldüyünü deyən Ə.Əsədov Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Sə­viyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk və dünyada 10 ölkədən biri olduğunu bildirdi.

Diqqətə çatdırıldı ki, Azərbaycan Hö­kuməti DİM-lərin həyata keçirilməsində, o cümlədən ayrılmış vəsaitlərin məqsəd­yönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali au­dit qurumlarının roluna böyük əhəmiyyət verir. Bu məsələ cari ilin mart ayında Milli Əlaqələndirmə Şurası tərəfindən qəbul edilmiş Fəaliyyət Planında öz əksini tap­mışdır.

Bildirildi ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun cari ilin mart ayında Bakıda ke­çirilən Zirvə görüşündə Azərbaycan Res­publikasının Prezidenti tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü irəli sürülüb. Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətləri özündə ehtiva edən bu DİM-in Azərbaycanın işğaldan azad olun­muş ərazilərində bərpa işlərinin aparılma­sı və həmin ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğu diqqətə çatdırılaraq, İkinci Qa­rabağ müharibəsi başa çatandan sonra 300-dən çox hərbi və mülki vətəndaşımı­zın minadan həlak olduğu və ağır yaralan­dığı qeyd edilib.

Görüşdə DİM-lərin həyata keçirilmə­sində Ali Audit Qurumlarının rolu müzakirə olunub.

XQ

Son xəbərlər