Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib

post-img

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda əvvəlcə cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Musa Qasımlı, Azər Badamov, Naqif Həmzəyev, Vüqar Bayramov, Azay Quliyev çıxış ediblər.

Azərbaycanın öz tarixinin ən şərəfli dövrünü yaşadığını vurğulayan deputatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyini bildiriblər. Çıxışlarda Azərbaycanın qələbəsini qəbul etməyən bəzi siyasi dairələrin olduğu, AŞPA-da, Avropa Parlamentində, habelə Niderland, İspaniya, Avstriya kimi ölkələrin parlamentlərində qərəzli qətnamə və tövsiyə sənədlərinin qəbul edildiyi təəssüf hissi ilə qeyd olunub. Bu dairələrin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətə uyğun olmayan, ədalətsiz mövqe nümayiş etdirdiyi, ölkəmiz tərəfindən lokal xarakterli antiterror tədbirləri, erməni əsilli mülki sakinlərin reinteqrasiyası ilə bağlı atılan addımların təhrif edilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Siyasət