Ukraynada hazırlanmış yeni minatəmizləyən maşınlar hərbi sursatla çirklənmiş torpaqları təmizləməyə üstün imkan yaradır. Bu barədə “Efarm pro” layihəsinin rəhbəri Aleksandr Prixodçenko mediaya açıqlamasında bildirib:
– Biz mina təmizlənməsi üçün maşın işləyib hazırlamışıq. Daha səmərəli və maliyyə baxımından sərfəli olan bu maşından həm Azərbaycanda, həm də Ukraynada ərazilərin minalardan təmizlənməsi prosesində istifadə etmək olar. Biz Ukrayna ərazilərində uğurla istifadə olunan avtopilotlar və naviqasiyalı sistemlərlə iş sahəsində artıq əhəmiyyətli təcrübəyə malikik. Bu, minalanmış ərazilərdə insanlar üçün riski aradan qaldıran qurğunu işləyib hazırlamağa bizi sövq etdi. Əsas məsələ mina partlayışı zərbələrinə tab gətirməyə qadir olan maşını işləyib hazırlamaq idi. Azərbaycan ilə birgə təcrübəmiz ən mühüm və əsas amala - insan həyatını qorumağa malik olan texnologiyanın hazırlanması ola bilər.
Bildirilir ki, Ukrayna daAzərbaycan kimi işğaldan azad olunan ərazilərdə mina problemi ilə qarşı-qarşıyadır. Bu isə əhali üçün dəhşətli fəsadlar törədir. Minalardan təmizləmə çox vaxt aparan və zəhmət tələb edən prosesdir. Buna görə də torpaqlarımızın silah-sursatdan tez və effektli şəkildə təmizlənməsinə kömək edə biləcək texnoloji layihələr həll yolu ola bilər. Ukrayna taxıl yetişdirilməsi üzrə dünyanın aparıcı ölkələrindən biridir. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı torpaqların silah-sursatdan təmizləmək iqtidarında olan texnologiyalara böyük diqqət ayrılır.
XQ

