BMT-də Azərbaycanın müəllifliyi ilə qətnamə qəbul edilib

post-img

Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.

Bildirilib ki, inkişaf hüququ Qoşul­mama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.

Qeyd olunub ki, ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsay­lı addımlar atıb, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsi is­tiqamətində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.

Qoşulmama Hərəkatına üzv ölkələ­rin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bü­rosunun Bakı şəhərində keçirilmiş na­zirlər iclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.

"Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öh­dəlikləri ehtiva edən beynəlxalq sənə­din ilk dəfə olaraq BMT Baş Assamble­yasına təqdim edilməsinə yol açır.

Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəf­li beynəlxalq formatlarda insan hüquq­larının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqində və irəlilədilmə­sində aktiv fəaliyyətini davam etdirə­cək", - deyə məlumatda vurğulanıb.

XQ

Siyasət