Erməni QHT fəalı: Qarabağ erməniləri Azərbaycanın tərkibində daha yaxşı yaşayırdılar

post-img

“Acı həqiqət ondan ibarətdir ki, Azərbaycanın bir hissəsi olan Qarabağdakı ermənilər “Artsax”dakı ermənilərdən daha yaxşı yaşayırdılar”.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Usik Markosyan Facebook səhifəsində yazıb.

“2005-ci ildə “Artsax”a səfər edəndə gördüklərimdən məyus idim. Hər gəlişimdə Qarabağ erməniləri getdikcə daha çox narahat, tutqun və pis əhvali-ruhiyyədə, ümumi şübhə və qorxuda idilər.

Vaxt keçdikcə azərbaycanlılar tərəfindən salınmış evlər xarabalığa çevrildi, yollar bərbadlaşdı. Bu o vaxt idi ki, “Artsax”da Bako Saakyan, Ermənistanda isə Robert Köçəryan və Serj Sarkisyan ağalıq edirdi.  

Amma vəziyyət o qədər kökündən dəyişib ki, həqiqəti deməməyin mənası yoxdur. Acı həqiqət ondan ibarətdir ki, Qarabağdakı ermənilər Azərbaycanın tərkib hissəsi kimi erməni xalqının satqınları Robert Köçəryan və Serj Sarkisyan dövründəkindən azad yaşayırdılar", - deyə Usik Markosyan yazıb. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət