Erməni bloger: Erməni rəhbərlər Qarabağın Azərbaycan olduğunu həmişə etiraf ediblər

post-img

“Səhərdən axşama kimi daşnaklar təkrarlayırlar ki, Ermənistan hər şeyini itirib, etiraf edib və özünü rüsvay edib. Cənablar, bir saniyə! Uduzan, itirən və alçaldılan şəxsən siz oldunuz və “nailiyyətlərinizi” bir daha boynumuza götürməyə ehtiyac yoxdur. Yazıq məxluqlar! Siz hətta kişi deyilsiniz ki, kişi kimi məğlubiyyəti etiraf edib ləyaqətlə geri çəkiləsiniz. Mən təəccüblənirəm ki, erməni xalqı sizin kimi qeyri-ciddi insanları necə ciddi qəbul edib”.

“Caliber” xəbər verir ki, bu fiklirləri erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Yaxşı, gəlin təhlil edək və görək Ermənistan, həqiqətən, nə itirdi. Qarabağ? Bəs Ermənistanın itirəcək Qarabağı var idimi? Daşnakların cəfəngiyyatını bir kənara qoysaq, görərik ki, hətta onların rəhbərləri də Qarabağın Azərbaycan olduğunu həmişə etiraf ediblər.

Məğlubiyyət ölkəmizi dağıtmağın ən təsirli yoludur, daşnaklar məhz belə etməyə çalışırlar... Bizə indi məğlubiyyət lazım deyil, ancaq gələcəyə, qonşularımızla sülhə, təhlükəsizliyə ümid lazımdır. Təbii ki, bu, daşnakların şəxsi planları ilə ziddiyyət təşkil edir və ona görə də onlar sülhə can atan hər bir insana, istər baş nazir, istər bloger, istər adi vətəndaşa hücum edirlər. Kapitulyatorlar hələ də öz gündəmlərini diktə etməyə çalışırlar. Buna son vermək lazımdır”, – bloger yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət