Viktor Orban: Azərbaycan Aİ-nin enerji müstəqilliyi üçün strateji ölkədir

post-img

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) enerji müstəqilliyini qorumaq üçün “strateji baxımdan mühüm ölkədir”.

XQ xəbər verir ki, İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşündən əvvəl bəyanat verən Viktor Orban vurğulayıb: “Azərbaycan mühüm ölkədir. Azərbaycan olmadan biz enerji müstəqilliyinə nail ola bilmərik”. 

Onun sözlərinə görə, Azərbaycanın qaz təchizatı olmasa, Aİ Rusiyanın qazıntı yanacaqlarından asılılığını azalda bilməz.

Siyasət