Almaniya kansleri Olaf Şolts Azərbaycan və Ermənistan arasında sülh prosesinin başlanmasına ümid etdiyini bildirib.
“TASS” xəbər verir ki, Almaniya hökumətinin başçısı Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində deyib ki, o, iki ölkə arasında erkən danışıqların təşkilində Avropa Şurasının sədri Şarl Mişeli dəstəkləyir.
Qeyd edək ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin görüşünün oktyabrın sonunadək Brüsseldə təşkil olunacağını bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ