Çində helikopter qəzası baş verib

post-img

Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə Quanqsi-Çjuanq Muxtar Bölgəsində baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

Təyyarənin pilotu vəfat edib, yaralananlar isə “China Southern Power Grid Company” şirkətinin əməkdaşlarıdır. Hadisə ultra yüksək gərginlikli elektrik xəttlərini yoxlayan zaman baş verib. Yaralılar yerli xəstəxanalardan birinə yerləşdirilib.

XQ

Hadisə