Arutyunyanın ömürlük həbs olunması üçün bütün sübutlar var

post-img

Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidmətinin gördüyü opretiv axtarış əməliyyatları nəticəsində Gəncə, Bərdə və Tərtər qatili Araik Arutyunyan  həbs edilib. 

Bu cani 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini şəxsən verdiyini videomüraciət zamanı etiraf etmişdi. Təkcə 44 günlük müharibə dövründə Araikə görə istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs var.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib. O qeyd edib ki, Arayik barədə bir neçə fakt onun necə cinayətlər törətdiyini göz önünə sərir. Öncə onu bildirim kİ, o 1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycana qarşı döyüşüb. Bundan əlavə, Qarabağda şəxsi biznesində, xüsusilə zərərli istehsal sahələrində azərbaycanlı əsirləri qul kimi istifadə edib və onların qoluna elektron qandallar taxıb. Qarabağ ərazilərinin, məzarlarının minalanması onun dövründə daha çoxalıb və dəqiq xəritəni də məhz o bilir çünki tərtib edənlərdən biridir. Müharibədən sonra minalanmış ərazilərdə şəhid olanların günahkarlarından biri də Araikdir. Saşik” ləqəbli terrorçu (məhv edilib) Araik Arutyunyanın yaxın dostu olub. Onlar birlikdə “ASALA” terror təşkilatının  eyni gündə üzvü olublar 

Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”. Son iki ildə Azərbaycanda talış və ləzgi məsələsini qızışdırmaq və qardaş xalqları üz-üzə qoymaq üçün dəfələrlə Rusiya, Fransa və İranda görüşlər keçirib. 

Ekspert əlavə edib ki, Arayik Arutyunyan eyni zamanda Qarabağın sərvətlərini xaricə çıxarıb satılmasında şəxsən iştirak edib və ölkəmizə külli miqdarda zərər vurub. 

Bu və daha çox faktlar var onun barədə.  Baş Prokurorluqda kifayət qədər cinayət barəsində sənədlər var. Bir sözlə onun ömürlük həbs olunması üçün bütün sübutlar var. 

Anar ƏLİ,

XQ

Siyasət