Köçən ermənilərin sayını şişirtməkdə məqsəd xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəməkdir

post-img

Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedənlərin sayının 100 min nəfərdən çox olduğunu Ermənistan hakimiyyəti deyir. Rəqəmlər bir neçə dəfə şişirdilib və bu şişirdilmədə təəccüblü bir şey yoxdur. Saxtakarlıq Ermənistan üçün adiləşib. Şübhəsiz ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatı bu yalanı alt-üst edəcək.

Bu fikirləri Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun baş direktoru, professor Musa Qasımlı bildirib.

Deputat tarixdən bir misal gətirərək bildirib ki, hələ Birinci Dünya müharibəsi illərində erməni təbliğatçılar ölənlərinin sayının əvvəlcə 350, sonra 500, 650, 750 min, 1 milyon, daha sonra isə utanmadan 1 milyon 500 min nəfər olduğunu dedilər. Bu, həyasıqlığın yüksək həddidir. Birincisi, sanki bunların ölüləri də artıb-törəyir. İkincisi, müharibədə bütün iştirakçı dövlətlərdən cəmi ölən 10 milyon nəfərin o zaman dövləti olmayan, müharibədə iştirak etməyən və sayı bütün dünyada 3 milyon nəfər olmayan erməninin guya 1,5 milyonu bunlar olub. Gülməlidir!

M.Qasımlı saxta say artımında ermənilərin məqsədlərindən söhbət açaraq qeyd edib ki, burada onların başlıca məqsədi ənənəvidir: xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəmək. 

“Yenə tarixdən bir nümunə maraqlıdır. Hələ 1920-ci ildə ABŞ-ın İstanbuldakı ali komissarı Mark Lambert Bristol mərkəzə məktubunda yazırdı ki, ermənilərə ayırdığımız pulları erməni xadimləri və təşkilatları oğurladılar, göyə sovurdular və sonda günahkar bizi bildilər. İndi də belə olacaq. Az və ya çox, fərq etməz, yenə də ayrılan pulları oğurlayıb yeyəcəklər, özləri özlərini saldıqları fəlakət üçün əvvəlcə biri-birilərini, sonra isə ABŞ, Fransa və digər ölkələri günahlandıracaqlar. Çox gözləmək lazım gəlməyəcək…” – deyə professor əlavə edib. 

Anar ƏLİ,

XQ

Siyasət