XİN: Qarabağda yaşayan sakinlərin Ermənistana və ya başqa ölkəyə köçməsi ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur

post-img

Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur.

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in 27 sentyabr tarixli, 44 günlük Vətən müharibəsi, habelə müharibədən sonra görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatına dair şərhində yer alıb.

“Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır”, - deyə Azərbaycan XİN-in şərhində bildirilib.

Siyasət