Politoloq: “Qarabağdakı silahlar Fransanın dəstəyi ilə Hindistandan alınaraq İran üzərindən daşınırdı”

post-img

Müharibədən qaçmaq mümkün idi. Düşmənin qeyri-konstruktivliyi, azğınlığı Azərbaycanın haqlı tələblərini gözardı edirdi. Azərbaycan 30 ilə yaxın müddətdə xeyli sülhyönümlü görüşlər keçirdi. ATƏT-in Mins Qrupu sadəcə ad olaraq mövcud idi. 

Bu fikirləri Rizvan Fikrətoğlunun təqdimatında XQ-də yayımlanan “Atəş gücü” verilişində politoloq Taleh Əliyev bildirib. 

“Düşmən yeni hücum taktikası, yeni işğalçılıq məqsədi , genişmiqyaslı hücumu ilə 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumunu reallaşdırdı. Ermənistanın keçmiş və indiki hakimiyyəti təmsil etdikləri xalqdan qalxan kimi istifadə etdilər. Hadisələr mürəkkəbləşəndə erməni hakimiyyəti bildirdi ki, bizim Qarabağda ordumuz yoxdur. Hakimiyyət xalqı yenə aldatmağa çalışdı. Halbuki Qarabağdakı tör-töküntülər Ermənistan ordusunun birinci korpusunun şəxsi heyyəti idi”, - deyə politoloq qeyd edib.

Taleh Əliyev onu da vurğulayıb ki, Qarabağa 44 günlük müharibədən sonra yeni silahların daşınması İrəvandan idarə olunurdu. Bu silahlar Ermənistana Fransanın dəstəyi ilə, əsasən, Hindistandan alınaraq İran üzərindən daşınırdı. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət