Antiterror tədbirləri ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını hər kəsə aydın göstərdi

post-img

Azərbaycan bundan sonra da normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcək və gələcəyə baxışını sülh üzərində qurub.

Bunu xarici işlər naziri Ceyhun Bayra­mov Xarici İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunan anım tədbi­rində deyib.

O, müharibənin və münaqişənin bit­məsinə baxmayaraq ölkəmizin 3 il bun­dan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamə­tində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdir­diyini bildirib. Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilə­rimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələ­rinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.

Siyasət