Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib

post-img

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Qarabağdakı vəziyyət, həm­çinin Bakı ilə İrəvan arasında sülh müqa­viləsinin perspektivlərini və nəqliyyat kommunikasiyalarının açılmasını müza­kirə ediblər.

Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.

XQ

Son xəbərlər