Milli Məclisin Sədri İrlandiyada

post-img

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə işgüzar səfər edib. 

Milli Məclisin Mətbuat və ictimaiyyət­lə əlaqələr şöbəsindən XQ-yə bildiriblər ki, səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfran­sında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Son xəbərlər