Kolumbiya televiziyası Azərbaycanın haqq işindən danışdı

post-img

Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb. 

Qeyd olunub ki, Ermə­nistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlə­rinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlə­rini qaçılmaz etdi. 

Erməni silahlı qüvvələri­nin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı 2 nəfər mülki şəxs olmaqla, 7 polis əməkdaşı həyatını itirdi. Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxri­batların qarşısının alınması, Ermənistan silahlı qüvvələ­rinin qalıqlarının tərksilah edilərək Azərbaycan əra­zilərindən çıxarılması, onla­rın hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azər­baycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli an­titerror tədbirləri həyata ke­çirildi. 

XQ

Siyasət