“Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək”

post-img

Azərbaycan Qarabağın erməni sakinlərinin mülki və siyasi hüquqlarla dinc yaşamasını təmin edəcək. Bu sözləri AZƏRTAC-a müsahibəsində Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli deyib.

“Bu gün Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiy­yətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nü­mayəndələri arasında görüş keçirilib. Hesab edirəm ki, Qarabağın Azərbaycanın bir hissəsi olması faktı qəbul edilmiş və müzakirəyə açıq olmayan məsələdir. Hətta Ermənistanın baş naziri Paşinyan da bu reallığı etiraf edib. Hazırda əsas məsələ Qarabağın ermə­ni sakinlərinin taleyidir. Azərbaycan vətəndaşları tam hüquqlara malikdir və mədəni muxtariyyətlərini qoruyurlar. Azərbaycan mul­tikulturalizmi ilə fəxr edən ölkədir və düşünürəm ki, buna uyğun hərəkət edəcək”, - deyə professor vurğulayıb.

İtaliyalı tədqiqatçı bildirib ki, hadisələrin bu formada cərəyan etməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıt­maları, onların evlərinə, mülklərinə, məktəblərinə, abidələrinə və digərlərinə qovuşması deməkdir. Bu, həmçinin Qarabağın erməni sakinlərinin tam mədəni muxtariyyət, mülki və siyasi hüquqlarla dinc yaşaya bilmələrinə şərait yaradacaq. Eyni zamanda, Qərblə qarşılıqlı əlaqə sayəsində regionun Avropaya inteqrasiyası müm­kün olacaq. Mənim arzuladığım və görmək istədiyim Qarabağ məhz budur.

“Mən hadisələri elmi qiymətləndirməyə alışmışam. Qərbdə bir çox müşahidəçilər Azərbaycanı ermənilərə “təcavüz” etdiyinə görə qınayır və hətta Azərbaycanı Rusiya ilə müqayisə edirlər. Həqiqət isə tam əksinədir. Ermənilər hələ 1993-cü ildən işğalçı­lıq siyasəti yürüdüblər. Azərbaycan isə bu müddət ərzində bey­nəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq üçün mübarizə aparıb. Şəxsən mən ikili standarta dözə bilmirəm və bu, öhdəsin­dən gəlməli olduğumuz mühüm məsələdir”, - deyə Daniel Pom­mier Vinçelli qeyd edib.

Siyasət