Putin və Paşinyanın telefon danışığı

post-img

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti aparıb. Tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. Məlumatı Kremlin mətbuat xidmətinə istinadən “Anadolu” verib. 

Bildirilir ki, telefon danışığı erməni tərəfin təşəbbüsü ilə baş tutub. Liderlər həm də Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş Rusiya hərbçilərinin gələcəkdə görəcəkləri işlər, “o cümlədən, dinc əhaliyə kömək göstərilməsi məsələlərini” müzakirə ediublər.

Putin ümid etdiyini bildirib ki, Qarabağda vəziyyət tədricən sabitləşəcək: “Gələcəkdə vəziyyət seeskalasiya və sabitləşmə istiqamətində inkişaf edəcək”.

Kremldən qeyd edilib ki, Putin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb. 

Paşa ƏMİRCANOV, 
XQ

Siyasət