Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərini dəstəkləyir

post-img

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.

Bu barədə  GAK-dan məlumat verilib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda ermənilərin törətdiyi və 6 nəfərin şəhid olmasına səbəb olan təxribatları qəti şəkildə və nifrətlə qınayırıq. Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərini dəstəkləyirik. Azərbaycan Respublikasının ərazisində yerləşən rəsmi və ya qeyri-rəsmi erməni silahlı qüvvələrinin hamısını terrorçu birləşmələri sayırıq. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bütün terrorist dəstələri məhv edilənə qədər bütün antiterror tədbirlər davam etməlidir.

“Şəhidlərin doğmalarına və yaxınlarına Allahdan səbir diləyirik. Allah rəhmət eləsin, məkanları cənnət olsun”, – deyə bəyanatda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Siyasət