Hazırda dövlət sərhədində bütün istiqamətlərdə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) KİV-lərlə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov bu gün keçirilən brifinqdə deyib.
"Dövlət sərhədinin mühafizəsi və müdafiəsi üzrə tərəfimizdən bütün tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədar DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - deyə şöbə rəisi bildirib.