ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
XQ xəbər verir ki, bu barədə ATƏT-in sədri sosial şəbəkədəki hesabında yazıb.
Görüşün bu gün BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Nyu-Yorkda baş tutacağı gözlənilir.
Rizvan FİKRƏTOĞLU
XQ