Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırılmasını tələb edib

post-img

Fransa Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib. Məlumatı “Kommersant” verib.

XİN həmçinin, Azərbaycan hakimiyyətinə müraciət edərək Qarabağda döyüş əməliyyatlarını dərhal dayandırmaq və beynəlxalq hüquq normalarına riayət etmək tələbi ilə müraciət edib. 

Bundan əvvəl Ermənistan BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırıb.

Maraqlısı odur ki, Fransa Qarabağ regionunda antiterror tədbirlərinin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyinə diqqət çəkmir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət