“Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
XQ

