Türkiyə Prezidentinin Ermənistan baş naziri ilə telefon danışığı

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

XQ Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə-Ermənistan münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi telefon danışığında, həmçinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyi vurğulanıb. Bu istiqamətdə diplomatik səylərin davam etdiriləcəyi qeyd olunub.

 

Son xəbərlər