Azərbaycan Argentinaya nota verib

post-img

Argentinanın ölkəmizdəki səfiri Marianxeles Belluşi sentyabrın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Argentina Prezidenti Alberto Fernandesin cari ilin sentyabrın 10-da Yeni Dehli şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ marşrutlardan, o cümlədən Ağdam–Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan bəyanatlardan çəkinməyin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.

XQ

 

Siyasət