Dünya  saxta “seçkiləri” tanımadı

post-img

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü 
qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

***

Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də biz Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edir və münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq.

Bu barədə Macarıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mate Patsolay sentyabrın 11-də 
bildirib.

***

Rumıniya Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Bəyanat qurumun rəsmi internet səhifəsində də yayılıb.

Bəyanatda bildirilir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.

XQ

 

Siyasət