Özbəkistan televiziyasında Qarabağdan reportaj

post-img

Özbəkistan Dövlət Televiziyasında yayımlanan “Mənbələr sözləşəndə” verilişinin növbəti buraxılışı Azərbaycanın 30 ildən sonra erməni işğalından azad etdiyi Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunub. Tanınmış jurnalist Dildora Həsənovanın aparıcısı olduğu verilişdə azad edilmiş rayonlarda işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işlərindən söhbət açılıb. 

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hər il Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərlər edir, reportaj, veriliş və sənədli filmlər hazırla­yırlar.

XQ

Siyasət