DİN-in Binəqədidə əməliyyatları: 82 nəfər saxlanılıb

post-img

Binəqədi rayonunda avqustda keçirilən əməliyyatlar zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan 82 nəfərdən 30 kiloqram narkotik vasitə aşkar edilib.

XQ xəbər verir ki, bu barədə Daxili İş­lər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər za­manı ümumilikdə 82 nəfər saxlanılıb.

Qeyd edilib ki, həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib:

"Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklə­rin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Sax­lanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini bildiriblər".

Aşkar edilmiş faktlarla bağlı idarənin İstintaq şöbəsində araşdırma aparılır.

XQ

Son xəbərlər