İcmadan Dünya Miyatoviçə çağırış

post-img

Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçin 28 avqust tarixli ədalətsiz açıqlamasını pisləyib.

“2018-ci ildən komissar olan Dünya Miyatoviç nə üçün bircə dəfə Azərbay­can ərazilərinin işğalı, etnik təmizləmə, bir milyon azərbaycanlının qovulması ilə bağlı narahatlığını ifadə etməyib? 

Azad edilmiş ərazilərdə bir-birinin ardınca kütləvi məzarlıqlar aşkar olu­nur. Kütləvi məzarlıqlarda aşkar edil­miş insan qalıqları əsasında 30 ildən sonra kimliyi müəyyən edilmiş bir neçə Azərbaycan hərbçisi bu günlərdə dəfn edilib. Kütləvi məzarlıq bir anlayış ola­raq özündə insan hüquqlarının kobud şəkildə pozulmasını ehtiva edir. Niyə bu məsələyə dair narahatlığınızı ifadə etmirsiniz? 2020-ci ildən bəri 300-dən çox azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub. Bəs bunlara siz komissar kimi nə vaxt münasibət bildirəcəksiniz?

Qərbi Azərbaycan İcması komissa­rı ikili standartların əsiri olmamağa və özünün müstəqilliyini qorumağa çağı­rır”, - deyə icmadan “XQ”yə daxil olan bəyanatda vurğulanıb.

“Xalq qəzeti”

Siyasət