A.Hacızadə: Melani Joli yenə separatçılığı dəstəkləyir

post-img

Kanadanın xarici işlər naziri Melani Joli erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik.

Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səs­ləndirdiyi fikirlərə dair şərhində bildirib.

“Kanada xarici işlər nazirinin Azər­baycan əleyhinə əsassız şəkildə bəya­natlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunə­sidir. Kanada tərəfinin bu kimi bəyanat­ları bölgədə sülhə və sabitliyə xidmət etmir və qəbuledilməzdir.

Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və su­verenliyinə hörmətlə yanaşmağı tələb edirik. Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istə­yirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uy­ğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil”, – deyə Ayxan Hacızadə vurğulayıb.

Siyasət