Müdafiə Nazirliyinin məlumatı

post-img

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “XQ”-yə Müdafiə Nazirliyi­nin mətbuat xidmətindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

***

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən “XQ”-yə verilən məlumata görə, 2023-cü il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində şəxsi heyətlə görü­şüb, onlarla söhbətlər aparıblar.

Tədbir çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şə­raitinə uyğunlaşması, psixoloji sağlam­lıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib. Həmçi­nin gənclərin hərbi vətənpərvərlik ruhun­da tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimi­zin rolu və bu istiqamətdə həyata keçi­rilən maarifləndirmə tədbirlərinin əhəmiy­yəti şəxsi heyətin diqqətinə çatdırılıb.

Son xəbərlər