İcmanın müraciəti BMT-nin rəsmi sənədləri sırasında

post-img

Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb.

Bu barədə “XQ”-yə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

“Ermənistanın apardığı etnik təmiz­ləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azər­baycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İc­ması və Azərbaycan Respublikasının di­gər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul etmişdi. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb. 

“Xalq qəzeti”

Son xəbərlər