“Ermənistan Pakistanın imicini ləkələməyə çalışır”

post-img

Haylar faciəli qəzanı da ələ salırlar

Pakistanın Azərbaycanla dostluq əlaqələri ölkəmizlə düşmənçiliyə son qoymaq istəməyən Ermənistanda daim xəbislik və qısqanclıqla qarşılanır. Ermənilərin Pakistanın cənub bölgəsində baş vermiş qatar qəzasını ələ salmaları və bu ölkəyə qarşı çirkin təbliğat aparmaları ilə bağlı Pakistanın “Parliament Times” qəzetində məqalə dərc olunub. 

Jurnalist Hilal Əhmədin qələmə aldı­ğı “Ermənistan çirkin təbliğat apararaq Pakistanın imicini ləkələməyə çalışır” sərlövhəli məqalədə avqustun 6-da Nə­vabşah şəhəri yaxınlığında baş verən dəhşətli qəza nəticəsində aralarında qadın, uşaq və yaşlı sərnişinlər də daxil olmaqla 30-dan çox insanın həlak oldu­ğu vurğulanıb. Təəssüf hissi ilə bildirilib ki, Ermənistan mediası çoxsaylı insan tələfatı ilə nəticələnən qatar qəzası­nı Pakistana qarşı qərəzli mövqeyinə görə ələ salmaqda davam edir. 

Məqalədə daha sonra qeyd olunub: “Ermənilərin Pakistana qarşı mövqeyi nifrətə əsaslanır. Belə ki, Pakistan Qa­rabağ məsələsində haqlı mübarizəsin­də daim Azərbaycan dövlətini və xalqı­nı dəstəkləyib. Pakistan Azərbaycan ərazilərinin qanunsuz işğalı ilə əlaqə­dar Ermənistanı müstəqil ölkə kimi tanı­mır. Eyni zamanda, Pakistan Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycana ciddi dəstək verib”.

Yazıda Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən ol­duğu xatırlanıb, 30 ilə yaxın işğal altın­da olan Qarabağın və ətraf rayonların azad edilməsi ilə nəticələnən Vətən müharibəsində Azərbaycana dəstək verdiyi vurğulanıb: “2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azər­baycan öz ərazilərini Ermənistanın iş­ğalından azad etdi. Bu, bir həqiqətdir ki, Pakistan Azərbaycanın ərazi bütövlü­yünün bərpası üçün ədalətli mövqeyini daim dəstəkləyib”. 

Müəllif Pakistanın BMT və digər beynəlxalq platformalarda Azərbayca­nın mövqeyini dəfələrlə dəstəklədiyini, Pakistan hökumətinin və xalqının hər zaman Azərbaycanın yanında oldu­ğunu, Ermənistanın təcavüzünü pis­lədiyini də diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan da Kəşmir məsələsində Pakistanı dəstəkləyib və bu problemin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun qaydada həllinin tərəfdarı olduğunu bəyan edib: “Hər iki ölkənin mühüm beynəlxalq məsələlərə dair yaxın baxışları var. Pakistan ilə Azərbaycanı möhkəm dostluq əlaqələ­ri birləşdirir. Lakin Ermənistan və Hin­distan Azərbaycan–Pakistan dostluq əlaqələrinə qarşı çıxır”. 

Xatırladaq ki, məqalənin müəllifi Hilal Əhməd bu ilin martında Azərbay­cana səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edib, erməni vandallığının müdhiş mənzərəsini öz gözləri ilə görüb.

“Xalq qəzeti”

Siyasət